“Fitch Ratings”: Azərbaycan 2025-ci ilə qədər dövlət borcunu ÜDM-nin 3 % nisbətində azaldacaq
- 08 iyul, 2023
- 10:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan 2019-2025-ci illərdə dövlət borcunu ümumi daxili məhsulun (ÜDM) 3 % nisbətindən çox azaldacaq.
“Report” xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib.
“Fitch Ratings” Azərbaycandan başqa, daha 4 ölkənin (Türkmənistan, Ermənistan, Xorvatiya və Serbiya) bu dövrdə dövlət borcunu azaldacağını proqnozlaşdırır.
Bu ölkələrdən Azərbaycan və Türkmənistan (hər ikisi müsbət proqnozlara malikdir) yüksək enerji qiymətlərindən, Ermənistan isə məzənnənin bahalaşmasından (müsbət proqnoz) faydalanacaq. Xorvatiya və Serbiya isə (sabit proqnoz) büdcə profisiti və güclü nominal ÜDM artımı pandemiyadan əvvəl mövcud olan borcun azaldılması tendensiyasını davam etdirəcək.
“COVID-19” pandemiyası və Ukraynadakı müharibə inkişaf etməkdə olan Avropada dövlət maliyyəsinə davamlı təsir göstərir. Regionun böyük hissəsində 2025-ci ilin sonuna dövlət borcunun ÜDM-yə nisbəti, 2019-cu ilin sonundakı səviyyədən (median 6 faiz bəndi) yüksək olacaq. Bu dövrdə dövlət borcunun ÜDM-yə nisbəti Ukraynadan başqa, ən çox Çexiya və Estoniyada artacaq.
Region üçün median dövlət borcunun ÜDM-yə nisbəti, 2022-ci ildə yüksək inflyasiyanın təsiri ilə azalıb, bu il isə ərzaq və enerji xərclərini kompensasiya etmək üçün istehlakçılara verilən dəstəyin azalması ilə daha da enəcək.
Bununla belə, medyan borcun ÜDM-yə nisbəti, 2024 və 2025-ci illərdə isə davam edən ilkin büdcə kəsirinin və zəif nominal ÜDM artımının təsiri ilə artacağı proqnozlaşdırılır.”- “Fitch Ratings” bəyan edib.