2030-cu ilin yanvar ayında ilkin mərhələdə Basel III qaydalarının Avropa İttifaqı (Aİ) banklarının kapitalına orta təsiri təxminən iki dəfə azaldılacaq.
“Report” xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib.
Sənədə əsasən, təkliflər, 2032-ci ilin sonuna qədər əhəmiyyətli keçid kapitalı güzəştləri təklif etməklə, tətbiqin başlanmasını iki il 2025-ci ilin yanvarın 1-dək təxirə salmaqla məhdudiyyətlərin bankların daxili modellərinə təsirini azaldır. Təkliflər gələn il təsdiqlənərsə, yerli bankların yeni rejimə hazırlaşmaq üçün 10 illik “uçuş-enmə zolağı” olacaq.
Bu addım bankların ilkin kapital təsirini idarə etmələrini asanlaşdırmalıdır. Bununla belə, 2032-ci ilin sonunda, yəni ilk mərhələnin bitməsindən təxminən 3 il sonra, müəyyən güzəştlərin sona çatması ilə Aİ bankları üçün potensial kapital təsiri artacaq.
Oktyabrın 20-də Avropa Komissiyası tərəfindən açıqlanan təkliflərə əsasən, kapitalın hesablanması üçün müəyyən daxili modellərin istifadəsinə artıq icazə verilməyəcək. Həmçinin 5 il müddətində mərhələli olaraq daimi məcmu “çıxış mərtəbəsi” yaradacaqlar. Ümumilikdə, ümumi təmin olunmamış riskli aktivlərin, yenilənmiş standart yanaşmalar əsasında təxmin ediləndən 72,5 %-dən aşağı düşməsinə icazə verilməyəcək.
Aİ qaydaları, aşağı riskli yaşayış ipotekaları üçün tətbiq edilən əsas standartlaşdırılmış risk çəkilərini yarıya endirməklə və 2025-ci il yanvar ayından 2032-ci ilin sonunadək, daxili investisiya səviyyəli reytinq kimi qiymətləndirilən reytinqsiz korporasiyalar üçün risk ağırlıqlarını 3-də 1 nisbətində azaldaraq beynəlxalq qaydalardan kənara çıxır.
Aİ-nin təkliflərində, illik dövriyyəsi 2,5 milyon avroya qədər olan qeyri-pərakəndə KOB-lar və infrastruktur layihələri üçün kapital tələblərini azaldan və şirkətləri kredit qiymətləndirilməsindən azad edən müəyyən güzəştlər də var.