“Fitch" İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiqləyib

“Fitch" İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiqləyib “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) uzunmüddətli xarici və yerli valyutada emitent defolt reytinqini (BDR) “BB+” səviyyəsində təsdiqləyib
Maliyyə
25 Noyabr , 2021 17:37
“Fitch İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiqləyib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) uzunmüddətli xarici və yerli valyutada emitent defolt reytinqini (BDR) “BB+” səviyyəsində təsdiqləyib

“Report” xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin qeyd olunub ki, İKZF-ın reytinqi üzrə proqnozu "Stabil"dir.

“İpoteka və Kredit Zəmanət Fondunun Azərbaycan Respublikası ilə möhkəm əlaqəsi (BB+/Stabil) və kiçik və orta sahibkarlığın (KOB) maliyyələşdirilməsini asanlaşdırmaqla əlverişli mənzil təminatında və biznes mühitinin inkişafında Fondun strateji əhəmiyyətinə dair dəyişməz mövqeyini əks etdirir", - “Fitch" bildirir.

Qeyd edilib ki, İpoteka Kredit və Zəmanət Fondu xüsusi statuslu təşkilatdır və tam dövlətə məxsusdur. 

Dövlətlə əlaqəli şirkətlərin reytinq meyarlarına (GRE) uyğun olaraq, “Fitch” yuxarıdan aşağıya yanaşma tətbiq edir və hökumətin Fonda dəstək göstərmək qabiliyyətini və istəyini çox yüksək hesab edir: "Əlaqələrin gücü və dəstək stimulunun qiymətləndirilməsinə əsaslanaraq, “Fitch” Müstəqil Kredit Profilindən (SCP) asılı olmayaraq, Fondun reytinqini Azərbaycanın reytinqinə bərabərləşdirilib".

İKZF-ın "GRE" dəstək reytinqi “60”-dan “50” səviyyəsindədir ki, bu da, Fondun Müstəqil Kredit Profilindən (SCP) asılı olmayaraq, İDR-lərinin ölkənin suveren reytinqləri ilə bərabərləşməsinə gətirib çıxarır. Bu göstərici, “Çox Güclü” statusunu əks etdirir.

Məlumatda qeyd olunub ki, Fond dövlətin dəstəyindən faydalanmaqda davam edir. Sosial ipotekanın maliyyələşdirilməsi məqsədi ilə hər il dövlətdən vəsait alır ki, bu da 2020-ci ildə 161 milyon manat təşkil edib. Ötən il ilkin olaraq Fonda 71 milyon manat verilməsi planlaşdırılsa da, pandemiya dövründə sosial ipotekanın həcminin artırılması üçün Fonda əlavə olaraq dövlətdən 90 milyon manat vəsait daxil olub. Bütövlükdə, dövlət dəstəyi 2020-ci ildə Fondun aktivlərinin təxminən 45-50 %-ni təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) Fondun istiqrazlarının geri alınma zəmanəti dəstəyin başqa bir formasıdır. Bu zəmanət, AMB-nin Fondun istiqrazlarını tələb olduğu halda sahiblərindən geri almaq öhdəliyini nəzərdə tutur. Fond ölkədə mənfəət vergisindən azad edilən dörd təşkilatdan biridir. Digər dolayı dəstək formalarına ucuz maliyyələşdirmə və Fondun sərəncamında olan mənfəət daxildir.

“Fitch” hüquqi-normativ baza  və siyasi mühitin ən azı ortamüddətli perspektivdə Fonda güclü dəstəyini davam etdirəcəyini gözləyir: “Bu il dövlət Fonda 71 milyon manat və KOB-ları subsidiyalaşdırması məqsədi ilə 16,5 milyon manat vəsaitin ayrılmasını təsdiqləyib, 2022-ci il üçün isə təxminən 100 milyon manat dəstək nəzərdə tutulub. Bu vəsaitin böyük hissəsi sosial ipotekaların maliyyələşdirilməsi üçündür, ancaq KOB-lara kreditlərin subsidiyalaşdırılması üçün maliyyələşməni də özündə əks etdirir”.

Son xəbərlər

Orphus sistemi