"Fitch"in açıqlaması Çində dolları bahalaşdırıb

"Fitch"in açıqlaması Çində dolları bahalaşdırıb Reytinq agentliyi Çin banklarına xəbərdarlıq edib
Maliyyə
24 Noyabr , 2017 12:41
Fitchin açıqlaması Çində dolları bahalaşdırıb

Bakı. 24 noyabr. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Çin banklarının mənfəət marjalarının 2018-ci ildə azalacağını, sərtləşdirilən məhdudiyyətlərin bank kapitallarına mənfi təsir göstərəcəyini, bunun da nəticədə kreditləşmə həcmini azaldacağını bildirib. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, "Fitch" həmçinin, Çinin maliyyə sistemində başlanan tənzimləmə və sərtləşdirmə prosesinin ən çox kiçik banklara təsir edəcəyini qeyd edib.

Agentliyin açıqlamasında bildirilir ki, 2018-ci ildə Çin hökumətinin apardığı islahatlar kapital çatışmazlığı səbəbindən kiçik bankları böyük banklardan asılı vəziyyətə salacaq. Bununla yanaşı "Fitch", həcmi 19 trln. dollara çatan "kölgə bankçılığı"nın da Çin hökuməti tərəfindən sıx nəzarətə götürüləcəyini bildirib.

"Fitch"in açıqlamasından sonra bu gün səhər saatlarında Çində ABŞ dollarının məzənnəsi 0,45% yüksələrək 6,5750 yuandan 6,6050 yuana çatıb.

Son xəbərlər

Orphus sistemi