“Fitch”: “Express Bank”ın dəyərsizləşmiş kreditlərinin həcmi 15 %-ə çatıb

“Fitch”: “Express Bank”ın dəyərsizləşmiş kreditlərinin həcmi 15 %-ə çatıb "Express Bank”ın ümumi kredit portfelinin 57 %-nin istehlak və mikro-kreditlər təşkil etməsi bankın kreditlərin əlavə dəyərsizləşməsinə səbəb ola bilər
Maliyyə
30 Aprel , 2021 10:59
“Fitch”: “Express Bank”ın dəyərsizləşmiş kreditlərinin həcmi 15 %-ə çatıb

“Fitch” Beynəlxalq Reytinq Agentliyi “Express Bank” ASC-nin emitentin uzunmüddətli defolt reytinqini “B” səviyyəsində, reytinq üzrə proqnozunu isə “Sabit” olaraq təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Agentliyin hesabatında deyilir.

"Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) görə, Bankın üçüncü mərhələ kreditlərində dəyərsizləşmiş kreditlərinin həcmi 2019-cu ildəki 4%-dən artaraq 2020-ci ilin sonuna ən yüksək səviyyə olan 15%-ə çatıb. İkinci mərhələ kreditlərində isə bu göstərici 4% olaraq qalır", - məlumatda deyilir.

“Fitch”in hesablamalrına görə, “Express Bank”ın dəyər itkisinə məruz qalmış kreditlərin 58% qədərinə ehtiyatlar yaranıb. “Express Bank”ın ümumi kredit portfelinin 57%-nin istehlak və mikro-kreditlər təşkil etməsi bankın kreditlərin əlavə dəyərsizləşməsinə səbəb ola bilər, amma bu sektorların iqtisadiyyatın bərpası ilə əlavə dəstəyin alınması mümkündür.

Agentlik hesab edir ki, ötən il Bankın mənfəətliyi orta səviyyədə qalıb. Həmçinin Bankın əməliyyat mənfəəti onun tənzimlənən aktivlərinin (risk dərəcəsini nəzərə alaraq) 0,8%-ni təşkil edib.

"Bankın bu performansı 2020-ci ildə 12%-lik yüksək xalis faiz marjası ilə dəstəklənir, hansı ki, buna da istehlak kreditlərinin həcminin böyük olması təsir edib. Bankın yüksək xərc-gəlir nisbəti ilə ifadə olunan (70%-ə yaxın) zəif əməliyyat səmərəliliyi onun dəyər itirmədən öncəki göstəricilərinə təsir edir. Dəyər itirmənin qarşısını alınması üçün ayrılan vəsaitlərə öncəki mənfəət 2019-cu ildəki kreditlərin orta məbləğinin 1% olduğu halda 2020-ci ildə 5%-ə çatıb. Ancaq “Express Bank”ın kreditlərinin dəyər itirməsi üzrə xərclərinin potensial olaraq dəyişik olmasını nəzərə alsaq mənfəətin orta səviyyədə olmasını qeyd edə bilərik", - “Fitch” bildirir.

Son xəbərlər

Orphus sistemi