“Fitch” Azərbaycanın reytinqini təsdiqləyib

“Fitch” Azərbaycanın reytinqini təsdiqləyib “Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli xarici valyutada defolt reytinqini (IDR) “BB+” səviyyəsində təsdiqləyib.
Maliyyə
21 Noyabr , 2020 12:07
“Fitch” Azərbaycanın reytinqini təsdiqləyib

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli xarici valyutada defolt reytinqini (IDR) “BB+” səviyyəsində təsdiqləyib.

"Report" Agentliyə istinadən xəbər verir ki, reytinq üzrə proqnoz "Mənfi"dir.

"Bu reytinq Azərbaycanın yüksək neft gəlirlərindən asılılığını, məzənnə rejiminin proqnozlaşdırılması və müəyyən edilməsi baxımından əskikliyin olmasını, güclü suverenliyini, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin fiskal maliyyə əsnəkliyinə malik olmasını özündə əks etdirir. Reytinq üzrə proqnoz isə qlobal neft qiymətlərinin yaxın müddətdə özünü bərpa etməsinin naməlum olmasını, koronavirus pandemiyasının potensial ikinci dalğasının Azərbaycanın xarici buferləri və uzunmüddətli risklərinin nizamsız makroiqtisadi idarəetməyə təsirini əhatə edir", - deyə "Fitch" bəyan edib.

Son xəbərlər

Orphus sistemi