"Fitch": "Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbəti azalacaq"

Maliyyə
  • 30 aprel, 2022
  • 07:38
Fitch: Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbəti azalacaq

"Bu il Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbətinin 6,6 faiz bəndi azalaraq 9,7%-ə düşməsi proqnozlaşdırılır ki, bu da “BB” qrupunda ən aşağı göstəricidir (proqnozlaşdırılan median ÜDM-in 54,1%-i).

"Report" xəbər verir iki, bunu "Fitch" beynəlxalq reytinq agentliyi bəyan edib.

"Hökumətin borc və zəmanətlərinin ÜDM-ə nisbəti ötən ilin III rübündəki 29,1 %-dən, bu ilin I rübündə 23,2%-ə düşüb. Bunun da, 77%-i "Azərbaycan Beynəlxalq Bankı" ASC-nın (ABB) öhdəliklərinin 2017-ci ildə həyata keçirilmiş restrukturizasiyasından və Cənub Qaz Dəhlizi layihəsindən formalaşıb. “Azərbaycan İnvestisiya Holdinq” ilə nəzarətin mərkəzləşdirilməsi istiqamətində aparılan islahatlara baxmayaraq, dövlət müəssisələrində zəif korporativ idarəetmə mövcuddur və biz onların tədricən yaxşılaşacağını gözləyirik", - deyə açıqlamada qeyd olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti