"Fitch": "Azərbaycanda illik inflyasiya növbəti illərdə azalacaq"

"Fitch": "Azərbaycanda illik inflyasiya növbəti illərdə azalacaq" "Fitch" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda orta illik inflyasiyanın 13,7 %, real effektiv məzənnənin artması və tədarük zəncirində fasilələrin azalması ilə, 2023-cü ildə bir qədər azalaraq 9,7 %-ə, 2024-cü ildə isə 6,8 %-ə enəcəyini proqnozla
Maliyyə
22 Oktyabr , 2022 09:29
Fitch: Azərbaycanda illik inflyasiya növbəti illərdə azalacaq

"Fitch" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda orta illik inflyasiyanın 13,7 %, real effektiv məzənnənin artması və tədarük zəncirində fasilələrin azalması ilə, 2023-cü ildə bir qədər azalaraq 9,7 %-ə, 2024-cü ildə isə 6,8 %-ə enəcəyini proqnozlaşdırır.

Bu barədə "Report" "Fitch" agentliyinə istinadən xəbər verir.

"Lakin bu proqnozlar Azərbaycan Mərkəzi Bankınin hədəfindən (+4%/-2%) və proqnozlaşdırılan 'BB' medianı üzrə 4 %-dən yüksəkdir", - məlumatda deyilir.

"Fitch" hesab edir ki, Azərbaycanda illik inflyasiya, sentyabrdakı 15,6 % artımı, ərzaq qiymətlərindəki 21,8 % artım, eləcə də Rusiya və Ukraynadan idxalın kəsilməsi ilə bağlıdır.

"Pul-kredit siyasəti zəifdir və uçot dərəcəsi bu il cəmi 50 faiz bənd artırılaraq 7,75 %-ə çatdırılıb, baxmayaraq ki, məcburi ehtiyatlar və AMB-nin likvidlik alətlərinin genişləndirilməsi hesabına likvidliyin sərtləşdirilməsi mümkün olardı”, - agentlik bəyan edib.

Son xəbərlər

Orphus sistemi