"Fitch": "Qarabağın bərpasına 2022-2023-cü illərdə ÜDM-in 2,1 %-i xərclənəcək"
- 30 aprel, 2022
- 07:23
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycanda ümumi hökumət balansının (ümumi dövlət kəsiri, kapital gəlirləri və kapital xərcləri daxil olmaqla, hökumətin gəlir və xərclər balansı) profisitinin güclü gəlir artımı fonunda ümumi daxili məhsulun (ÜDM) 10,9 %-nə yüksələcəyini proqnozlaşdırıq".
"Report" bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir.
Qurum bəyan edib ki, gələn il bu göstərici aşağı enerji qiymətlərinə uyğun olaraq 5,2 %-ə düşəcək.
"Ümumi hökumət balansı yüksək enerji qiymətləri və daha az qeyri-neft vergi gəlirləri, pandemiya dəstəyinin yumşaldılması ilə ötən il 10,7 faiz bəndi yaxşılaşaraq ÜDM-nin 4,2 %-i qədər profisitə çevrilib. Ermənistanla münaqişədə geri qaytarılmış ərazilərdə, 2022-2023-cü illərdə ÜDM-nin 2,1 %-ni təşkil edən planlaşdırılmış xərclərin təxminən tam icra ediləcəyini hesab edirik", - deyə açıqlamada qeyd olunub.