"Fitch" agentliyi "Atabank"ın reytinqini sabit saxlayıb

"Fitch" agentliyi "Atabank"ın reytinqini sabit saxlayıb Hesabat: Yeni yaradılan bankın kapitalın adekvatlıq əmsalı yüksəlib
Maliyyə
5 İyul , 2017 10:08
Fitch agentliyi Atabankın reytinqini sabit saxlayıb

Bakı. 5 iyul. REPORT.AZ/ Bir müddət əvvəl "Caspian Development Bank" (CDB) ASC ilə başa çatan konsolidasiya prosesinin "Atabank" ASC-nin reytinqinə birbaşa təsiri olmayıb. "Report" xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin hesabatında bidirilir. Hesabatda qeyd olunub ki, yeni yaradılan bankın yüksək kapital əmsalları birləşmədən əvvəl kredit portfelinin vəziyyəti pisləşən "Atabank"a müsbət təsir göstərəcək. Nəticədə, "Fitch" yeni bankın reytinqini dəyişdirməyərək "B-" səviyyəsində saxlamağı qərarlaşdırıb.

"Fitch" may ayında birləşmə prosesi tamamlanan "Atabank"a nəzarətin "Synergy Group" ASC-də olacağını bildirib və Banka qoyulan 20 mln. manat yeni kapitalı müsbət qiymətləndirib. Agentlik yeni yaranan bankın I dərəcəli kapitalının adekvatlıq əmsalının iyunun 1-nə 21,4% və məcmu kapital əmsalının 22,9%-ə yüksəldiyini (normativlər müvafiq olaraq 5% və 10%-dir) qeyd edib. Hesabatda bildirilir ki, bu əmsalllar mayın 1-də müvafiq olaraq 12,8% və 14,2% olub. "Fitch" əmsalların yaxşılaşmasını aktivləri "Atabank" ASC-nin aktivlərindən 4 dəfə az olan CDB-nin kapitalının adekvatlıq əmsallarının xeyli yüksək, 40%-ə yaxın olması ilə əlaqələndirib.

"Fitch" həmçinin bildirib ki, yeni yaradılan bankın problemli kreditlərinin həcmi 23%-ə yaxın ola bilər.

Son xəbərlər

Orphus sistemi