“Fintech” şirkətlərinə investisiya qoyuluşu 36% artıb

“Fintech” şirkətlərinə investisiya qoyuluşu 36% artıb 2019-cu ildə qlobal investorların “Fintech” (maliyyə texnologiyaları) şirkətlərinə investisiyaları 2018-ci illə müqayisədə 36% artaraq 70 milyard ABŞ dollarını keçib.
Maliyyə
9 Yanvar , 2020 15:22
“Fintech” şirkətlərinə investisiya qoyuluşu 36% artıb

2019-cu ildə qlobal investorların “Fintech” (maliyyə texnologiyaları) şirkətlərinə investisiyaları 2018-ci illə müqayisədə 36% artaraq 70 milyard ABŞ dollarını keçib. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Niderlandın KPMG beynəlxalq audit şirkəti və Avstraliyanın “H2 Ventures” şirkətinin birlikdə hazırladığı “Fintech 100” hesabatında bildirilir. 

Sənədə əsasən, il ərzində 29 ölkə üzrə şirkətlərə investisiya qoyuluşu həyata keçirilib və siyahıya liderliyi Çinin “Ant Financial” şirkəti edib. Onu Sinqapurun “Grab” şirkəti və Çinin “JD Digits” şirkətləri izləyib.

Ümumilikdə investorların seçimində Asiya-Sakit Okean regionu şirkətləri üstünlük təşkil edib. İlk 100-lüyə düşən "Fintech" şirkətlərinin 42-si bu regiondan, 36-sı Avropa və Afrikadan, 22-si isə Amerikadan olub. 

İlk 10-luğa düşən şirkətlər ötən il orta hesabla 1,25 milyard dollar investisiya cəlb ediblər. 

“Fintech 100” şirkətləri il ərzində 2,5 milyard insana xidmət edib.

Son xəbərlər

Orphus sistemi