“Finoko” BOKT “Union Kredit”i alıb
Maliyyə
- 03 noyabr, 2017
- 10:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 noyabr. REPORT.AZ/ “Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) “Union Kredit” MMC BOKT-u alıb.
Bu barədə “Report”a “Finoko”nun İdarə Heyətinin sədr müavini Böyükağa Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı alqı-satqı bu il sentyabrın 13-də olub. "Finoko" rəsmisi sövdələşmənin dəyərini açıqlamayıb.
Xatırladaq ki, "Finoko" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 mln. manatdır. BOKT-un səhmlərinin 50%-i Elçin Rəşid oğlu Əliyevə (Müşahidə Şurasının sədri), 50%-i isə Elmar Rəşid oğlu Əliyevə (Müşahidə Şurasının üzvü) məxsusdur.
“Union Kredit” isə 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 451,8 min manatdır.
Son xəbərlər
13:13
Azərbaycanda vergi güzəşt və azadolmalarının müddətinin uzadılması nəzərdə tutulur
Biznes
13:12
Nazir: "Pensiya sisteminə əlçatanlığı artırmaq üçün yeni mexanizmlər tətbiq olunur"
Maliyyə
13:11
Baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 50 % artırılır
Biznes
13:09
DSMF-nin büdcədən asılılığı bir qədər də azaldılır
Maliyyə
13:09
Rəşad Şolan TDTC-nin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub
Sağlamlıq
13:08
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Xarici siyasət
13:08
Murad Atacanov: "Xəzər regionunda akvakulturada əhəmiyyətli əməkdaşlıq bazası formalaşıb"
ASK
13:06
BTQ-nin təşəbbüsü ilə təsis edilən GYSP-də təmsil olunan ölkələrin sayı artıq 40-a çatıb
Xarici siyasət
13:04
Qazaxıstan və Gürcüstan kibercinayətkarlıqla mübarizədə əməkdaşlığı gücləndirəcək
Digər ölkələr