“Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 13 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə təxminən 27 dəfə azdır.
Ötən il “Finoko”nun vergiyəqədərki mənfəəti 107 min manat (əvvəlki ilə nisbətən 5,8 dəfə az), mənfəət vergisi ödəmələri isə 94 min manat (2,85 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Finoko”nun aktivləri 24,877 milyon manat olub ki, bu da illik müqayisədə 14,6% azdır. Bunun 18,561 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 2,6% kiçilib.
Hesabat dövründə “Finoko”nun öhdəlikləri 16% azalaraq 20,007 milyon manata, balans kapitalı isə 8,2% azalaraq 4,869 milyon manata düşüb.
Xatırladaq ki, “Finoko” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,855 milyon manatdır. BOKT-un səhmdarları hər biri 50% payla Elçin Əliyev (Müşahidə Şurasının sədri) və Elmar Əliyevdir (Müşahidə Şurasının üzvü).