“Finoko” BOKT-un xalis mənfəəti 84 % azalıb

Maliyyə
  • 30 may, 2024
  • 13:19
“Finoko” BOKT-un xalis mənfəəti 84 % azalıb

“Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 230 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 83,6 % azdır.

Ötən il “Finoko”nun vergiyəqədərki zərəri 29 min manat (əvvəlki il mənfəət olub), mənfəət vergisi ödəmələri üzrə qənaəti 259 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.

Bu il yanvarın 1-nə “Finoko”nun aktivləri 33,387 milyon manat olub ki, bu da illik müqayisədə 7,5 % çoxdur. Bunun 23,516 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 1,7 % kiçilib.

Hesabat dövründə “Finoko”nun öhdəlikləri 0,5 % azalaraq 20,656 milyon manata düşüb, balans kapitalı isə 23,7 % artaraq 12,731 milyon manata, nizamnamə kapitalı isə 10,3 % artaraq 5,355 milyon manata çatıb.

Xatırladaq ki, “Finoko” 2014-cü ildə yaradılıb. BOKT-un səhmdarları hər biri 50% payla Elçin Əliyev (Müşahidə Şurasının sədri) və Elmar Əliyevdir (Müşahidə Şurasının üzvü).

Son xəbərlər

Bütün Xəbər Lenti