“Finoko” BOKT-un səhmləri üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 26 iyul, 2023
  • 07:26
“Finoko” BOKT-un səhmləri üzrə hərracın tarixi açıqlanıb

Avqustun 2-də "Bakı Fond Birjası" QSC-də (BFB) “Finoko” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” bu barədə Birjaya istinadən xəbər verir.

Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 10 manat olan 50 000 ədəd, yəni 500 min manatlıq sənədsiz, adlı, adi səhm standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək. Prosesin anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Qiymətli kağızlar tam yerləşdirilsə, “Finoko”nun nizamnamə kapitalı 10,3 % artaraq 4,855 milyon manatdan 5,355 milyon manata çatacaq.

Xatırladaq ki, “Finoko” 2014-cü ildə yaradılıb. BOKT-un səhmdarları hər biri 50% payla Elçin Əliyev (Müşahidə Şurasının sədri) və Elmar Əliyevdir (Müşahidə Şurasının üzvü).

Son xəbərlər

Bütün Xəbər Lenti