“Finoko” BOKT nizamnamə kapitalını artırır

“Finoko” BOKT nizamnamə kapitalını artırır “Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 2,6 milyon manat və yaxud 2,15 dəfə artıraraq 2,255 milyon manatdan 4,855 milyon manata çatdıracaq.
Maliyyə
14 İyun , 2019 10:12
“Finoko” BOKT nizamnamə kapitalını artırır

“Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 2,6 milyon manat və yaxud 2,15 dəfə artıraraq 2,255 milyon manatdan 4,855 milyon manata çatdıracaq.

Bu barədə “Report”a BOKT-un baş direktoru Turan İsmayılov məlumat verib.

Onun sözlərinə görə, kapital artımı “Finoko”nun ötən il əldə etdiyi xalis mənfəət, eləcə də əlavə vəsait hesabına baş tutacaq. Artımdan sonra BOKT-un səhmdarlarının pay bölgüsü dəyişməyəcək.

Xatırladaq ki, “Finoko” 2014-cü ildən fəaliyyət göstərir. Onun səhmdarları Elçin Əliyev (Müşahidə Şurasının sədri) və Elmar Əliyevdir (Müşahidə Şurasının üzvü).

Son xəbərlər

Orphus sistemi