“Finoko” BOKT-nin aktivləri 71% artıb

“Finoko” BOKT-nin aktivləri 71% artıb “Finoko ASC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 70,9% artaraq 23,665 milyon manat təşkil edib.
Maliyyə
7 Sentyabr , 2019 14:00
“Finoko” BOKT-nin aktivləri 71% artıb

“Finoko" ASC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 70,9% artaraq 23,665 milyon manat təşkil edib.

“Report” bu barədə BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Finoko"nun müştərilərə verdiyi xalis kreditlər isə 23,8% artaraq 14,016 milyon manat olub. 

Hesabat dövründə "Finoko"un cəmi öhdəlikləri 65,1% artaraq 20,44 milyon manata, cəmi kapitalı isə 2,2 dəfə artaraq 3,225 milyon manata çatıb.

“Finoko” 2018-ci ili 481 min manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci ilə nisbətən 18,5 dəfə çoxdur. 

Orphus sistemi