“Finkapital” BOKT maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 23 may, 2025
  • 12:59
“Finkapital” BOKT maliyyə vəziyyətini açıqlayıb

“Finkapital” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 146 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 6,6 % çoxdur.

Ötən il "Finkapital"ın vergiyəqədərki mənfəəti 183 min manat (illik müqayisədə 7 % çox), mənfəət vergisi ödəmələri isə 37 min manat (8,8 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Finkapital"ın aktivləri 3,505 milyon manat olub ki, bu da illik müqayisədə 7,8 % çoxdur. Bunun 3,005 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 3,8 % kiçilib.

Hesabat dövründə "Finkapital"ın öhdəlikləri 4,5 % azalaraq 2,564 milyon manata düşüb, balans kapitalı isə 66,4 % artaraq 940 min manata, o cümlədən nizamnamə kapitalı 81,7 % artaraq 545 min manata çatıb.

Xatırladaq ki, "Finkapital" 2021-ci ildə yaradılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti