"FİNCA Azərbaycan" BOKT-un maliyyə hesabatı açıqlanıb
- 13 may, 2024
- 12:53
Yeniliklərdən dərhal xəbərdar olun!
"FİNCA Azərbaycan" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 3,908 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 19,6 % çoxdur.
Ötən il "FİNCA Azərbaycan"ın vergiyəqədərki mənfəəti 4,513 milyon manat (illik müqayisədə 28,9 % çox), mənfəət vergisi ödəmələri isə 605 min manat (2,6 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə "FİNCA Azərbaycan"ın aktivləri 61,963 milyon manat olub ki, bu da illik müqayisədə 23,7 % çoxdur. Bunun 56,541 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 26 % böyüyüb.
Hesabat dövründə "FİNCA Azərbaycan"ın öhdəlikləri 30,2 % artaraq 44,097 milyon manata, balans kapitalı isə 10 % artaraq 17,866 milyon manata çatıb.
Xatırladaq ki, "FİNCA Azərbaycan" 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 3,757 milyon manatdır. BOKT-un təsisçisi 100 %-lik payla "FINCA International"dır.