"FİNKA Azərbaycan" BOKT-un istiqrazlarına 54 investor maraq göstərib

Maliyyə
  • 22 sentyabr, 2026
  • 16:12
FİNKA Azərbaycan BOKT-un istiqrazlarına 54 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "FİNKA Azərbaycan" MMC bank olmayan kredit təşkilatının (BOKT) 5 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının 3 milyon manatlıq tranşının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 100 manat olan 30 000 ədəd istiqraz çıxarılıb.

Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub. İstiqrazlara 54 investor ümumi məbləği isə 3 milyon manat olan 55 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.

44 - Tezliklə