"Finex Credit" qeyri-bank təşkilatı istiqraz emissiyasına hazırlaşır

"Finex Credit" qeyri-bank təşkilatı istiqraz emissiyasına hazırlaşır Yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında keçiriləcək
Maliyyə
18 Dekabr , 2015 11:30
Finex Credit qeyri-bank təşkilatı istiqraz emissiyasına hazırlaşır

Bakı. 18 dekabr. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Finex Credit BOKT” ASC-nin faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınıb. Bu barədə "Report"a BFB-dən məlumat verilib.

Məlumata görə, emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcək.

Dövlət qeydiyyat nömrəsi AZ2004019249 olan emissiyanın həcmi 195 min ABŞ Dolları, yerləşdiriləcək istiqrazların sayı 390 ədəd, bir istiqrazın nominal dəyəri 500 dollar, istiqrazların tədavül müddəti 1 080 gündür.

Qeyd edək ki, “Texnika Kapital Menecment” MMC-nin anderrayterlik etdiyi bu istiqrazlar üzrə illik gəlirlilik 14%, faiz ödəniş dövrünün müddəti 3 aydan birdir.

BFB elan edib ki, istiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

Son xəbərlər

Orphus sistemi