“Finex Kredit” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

“Finex Kredit” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək Yanvarın 23-də, saat 11:00-da “Finex Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının ənənəvi ümumi yığıncağı keçiriləcək.
Maliyyə
8 Dekabr , 2020 09:08
 “Finex Kredit” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

Yanvarın 23-də, saat 11:00-da “Finex Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının ənənəvi ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq BOKT-un baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 11 ünvanında olacaq.

Yığıncağın gündəliyinə "Finex Kredit"in builki maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin, beynəlxalq standartlara uyğun maliyyə hesabatlarının və müstəqil auditor rəyinin təsdiq edilməsi, yeni istiqrazlarının emissiyası, 2021-ci il üzrə büdcə və proqnoz göstəricilərinin müzakirə edilməsi, əlavə vəsaitlərin cəlb edilməsi məqsədi ilə müxtəlif maliyyə qurumlarına müraciət olunması və digər məsələlər daxildir.

Son xəbərlər

Orphus sistemi