Bakı. 12 aprel. REPORT.AZ/ Mayın 12-də, saat 12:00-da “Finex Credit” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, yığıncağın gündəliyinə Cəmiyyətin nizamnamə kapitalına dəyişiklik edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, "Finex Credit” 2013-cü ildə yaradılıb, “Finex Group”a daxildir. Hazırda onun nizamnamə kapitalı 600 min manatdır. BOKT-un səhmlərinin 73,3%-i “Finance Leasing” ASC-yə, 14,9%-i Sevda Cəbrayıl qızı İbrahimovaya, 11,8%-i isə Mobil Famil oğlu Şərifova (“Finance Leasing”in 10%-lik səhmdarı) məxsusdur.