“Finans Kredit” BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 28 oktyabr, 2024
  • 11:18
“Finans Kredit” BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Oktyabrın 29-da "Bakı Fond Birjası" QSC-də (BFB) “Finans Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) 300 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 300 ədəd istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.

İstiqrazlar 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək.

Prosesin anderrayteri "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

44 - Tezliklə