"Finans Kredit" BOKT istiqraz buraxır
- 08 iyul, 2024
- 11:12
"Finans Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 200 min manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.
"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 200 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək, 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "CPM-İnvest İnvestisiya Şirikəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Xatırladaq ki, "Finans Kredit" 2020-ci ilin sentyabr ayında yaradılıb. BOKT-un təsisçisi Rəmiyəddin Məmmədovdur.