Bakı. 18 dekabr. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Finance Leasing” ASC-nin faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydiyyata alınıb. Bu barədə "Report"a Bakı Fond Birjasından məlumat verilib.
Məlumata görə, emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB-də həyata keçiriləcək.
Dövlət qeydiyyat nömrəsi AZ2019006579 olan emissiyanın ümumi həcmi 250 min ABŞ dolları, istiqrazların sayı 500 ədəd, bir istiqrazın nominal dəyəri 500 dollar, istiqrazların tədavül müddəti isə 1 080 gündür.
Qeyd edək ki, “Texnika Kapital Menecment” MMC-nin anderrayterlik etdiyi istiqrazlar üzrə illik gəlirlilik 14%, faiz ödəniş dövrünün müddəti 3 aydan birdir.
BFB elan edib ki, istiqrazları əldə etmək istəyən şəxslər Birjanın üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.