Filippin və Şri-Lankada birjalar bağlandı

Filippin və Şri-Lankada birjalar bağlandı Koronavirusun (COVİD-19) beynəlxalq birjaları çökdürməsindən sonra Filippin hökuməti pul, səhm və istiqraz bazarlarını bağlayıb.
Maliyyə
17 Mart , 2020 11:08
Filippin və Şri-Lankada birjalar bağlandı

Koronavirusun (COVİD-19) beynəlxalq birjaları çökdürməsindən sonra Filippin hökuməti pul, səhm və istiqraz bazarlarını bağlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bununla da, Fillipin birjaları bağlayan ilk ölkə olub.

Qeyd edək ki, koronavirusun yayılması ilə bu ilin əvvəlindən Fillipində birja indeksləri təxminən 30% azalıb. Filippin birjasının rəhbəri Ramon Manzon 188 milyard ABŞ dolları dəyərində dövriyyəsi olan birjanı cümə axşamı yenidən açmağı planlaşdırdıqlarını bildirib.

Bu arada digər ölkələr də koronavirusun maliyyə bazarlarını çökdürməməsi üçün birjaları müvəqqəti bağlayacaqlarını bildiriblər.  Şri-Lanka indi belə bir addım atıb. 

Son xəbərlər

Orphus sistemi