“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı son 25 il ərzində yerli fermerlərə, kiçik bizneslərə və ailə kəndli təsərrüfatlarına ümumi məbləği 2,2 milyard manatdan çox olan 1,1 milyondan çox kredit verilib.
Ölkədə ən böyük mikromaliyyə təminatçısı “FINCA Azerbaijan” bu gün JW Marriot Absheron Baku hotelində mətbuat konfransı keçirərək Azərbaycandakı fəaliyyətinin 25 illik dövrünü geyd edib.
1998-ci ildə fəaliyyətə başlayan “FINCA Azerbaijan” Azərbaycanda aşağı gəlirli sahibkarların biznes fəaliyyətlərini dəstəkləmək və iqtisadi artımı stimullaşdırmaq üçün onların maliyyə mənbələrinə məsuliyyətlə çıxışını təmin etmək məqsədilə yaradılıb. “FINCA Azerbaijan” beş qitədə 2,8 milyondan çox müştərini əhatə edən “FINCA Impact Finance”ın 16 bank və mikromaliyyə təşkilatından ibarət qlobal şəbəkəsinin bir hissəsidir.
Tədbir iştirakçılarına salamlama nitqində “FINCA Azerbaijan”ın direktoru Timoti Tarrant Azərbaycanda “FINCA Azerbaijan”nın əməliyyatlarının tarixinə qısa nəzər salıb və “FINCA Azerbaijan” komandasının Azərbaycandakı minlərlə kiçik sahibkarın davamlı gələcəyi üçün həyatına təsir etmək öhdəliyinə sadiq yanaşmasını vurğuladı.Təşkilat ölkənin bütün bölgələrində insanlara öz maliyyə xidmətlərilə çatmağa hədəflənib.
"Azərbaycanda tarixi boyu “FINCA Azerbaijan” hər zaman kənd yerlərindəki sahibkarlar və ailə kəndli təsərrüfatları ilə əlaqəyə xüsusi diqqət yetirib və bu gün də diqqətini əsasən Azərbaycanın kənd və regionlarında müştərilərə yönəldərək maliyyə xidmətləri göstərməyə davam edir. Fermerlərin və kənd təsərrüfatı bizneslərinin öz bizneslərini inkişaf etdirmək və ailələrinin gəlirlərini və yığımlarını artırmaq üçün ehtiyac duyduqları maliyyə vəsaitlərini ala bilmələri üçün kənd yerlərində, rayonlarda maliyyəyə çıxış imkanlarının artırılmasına böyük ehtiyac olduğunu müşahidə edirik”, - deyə T. Tarrant bildirib.
Mikrokreditləşdirmə bazarında investisiya imkanları haqqında məlumat verən T.Tarrant qeyd edib ki, “FINCA Azerbaijan”nın rəqəmsal və müasir biznes modeli yerli investorların da marağına səbəb olub, belə ki, “FINCA Azerbaijan” Bakı Fond Birjasında dörd yeni istiqraz yerləşdirməsini uğurla həyata keçirib və son 2 ildə 12 milyon manat vəsait cəlb edib.”
“FINCA Impact Finance”ın (FIF) qlobal missiyası haqqında danışan FIF-in direktoru xanım Andre Simon “FINCA Azerbaijan”ın son 25 ildə bütün şəbəkənin tərəqqisinə verdiyi töhfəsini vurğulayıb.
"FIF-in missiyası insanlara gəlir əldə etmək vasitələri yaratmağa, iş yerləri yaratmağa və onların həyat səviyyəsini yüksəltməyə kömək edən davamlı həll yolları təqdim etməklə yoxsulluğu azaltmaqdır. “FINCA Azerbaijan”nın uğuru və komandasının 25 illik fəaliyyət tarixi ilə nümayiş etdirdiyi dayanıqlılıq, təşkilatın aşağı gəlirli şəxslərin həyatını yaxşılaşdırmaq üçün innovativ və effektiv təsirə malik olan maliyyə xidmətlərini məsuliyyətlə təqdim etmək öhdəliyinə yaxşı nümunədir.
“FINCA Azerbaijan”nın Baş Kommersiya Rəhbəri Şəhriyar Osmanov qeyd edib ki, son illərdə mikromaliyyə bazarlarının inkişafına və əlçatanlığının yaxşılaşmasına baxmayaraq, mikrokreditlərə hələ də ciddi tələbat var. Bu tələbatı qarşılamaq üçün “FINCA Azerbaijan” əlaqə vasitəsi kimi həm rəqəmsal, həm də ənənəvi metodlardan istifadə edir, həmçinin xidmət şəbəkəsini yeni filiallarla genişləndirir.
“Bu gün ölkənin 25 strateji nöqtəsində yerləşən filiallarımızla 58-ə yaxın şəhər və rayonda müştərilərimizə onların ehtiyaclarını qarşılayan kredit məhsulları təklif etməklə xidmət göstəririk. Əməliyyatlarımızın 85%-i regionlarda olmaqla, biz gələcək dövrlərdə də qabaqcıl rəqəmsal texnologiyalar və filial şəbəkəmiz vasitəsilə mikrokreditlərə ehtiyacı olan insanlarla əlaqə yaratmağa davam edəcəyik."
Mətbuat konfransı media nümayəndələrinin və dəvət olunmuş tərəfdaşların sualları və şərhləri ilə davam etdirilib.
“FINCA Azerbaijan” haqqında
“FINCA Azerbaijan” məsuliyyətli maliyyələşmə sahəsində aparıcı mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara xidmətlər göstərir. Əsası 1998-ci ildə qoyulmuş “FINCA Azerbaijan” “FINCA Impact Finance” təşkilatına aid 16 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 2.8 milyondan artıq müştəriyə xidmət edən qlobal şəbəkənin tərkibinə daxildir.
“FINCA Azerbaijan” Qeyri-bank kredit təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat üçün *2525 çağrı mərkəzinə,






