“Ferrum Kapital”ın xalis mənfəəti 84% artıb

Maliyyə
  • 03 iyun, 2022
  • 08:13
“Ferrum Kapital”ın xalis mənfəəti 84% artıb

Azərbaycanın aparıcı faktorinq xidməti “Ferrum Kapital” QSC 2021-ci ili 2,389 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 84,2% çoxdur.

Ötən il “Ferrum Kapital”ın vergiyəqədərki mənfəəti 3 milyon manat (əvvəlki ilə nisbətən 89,8% çox), mənfəət vergisi ödəmələri isə 612 min manat (2,2 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Ferrum Kapital”ın aktivləri 50,764 milyon manat olub ki, bu da illik müqayisədə 49,4% çoxdur. Bunun 35,897 milyon manatı müştərilərə verilmiş kreditlər və avanslardır. Son 1 ildə şirkətin borc portfeli 22,4% böyüyüb.

Hesabat dövründə şirkətin öhdəlikləri 49,4 % artaraq 40,127 milyon manata, balans kapitalı isə 49,6% artaraq 10,637 milyon manata çatıb.

Xatırladaq ki, “Ferrum Kapital” yerli və beynəlxalq faktorinq xidmətlərinin göstərilməsi məqsədi ilə 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 manatdır. Şirkətin təsisçiləri Qafar Dəmirçi (68%), Məhəmməd Həbibzadə (23%), “AQA Şirkətlər Qrupu” MMC (4,5%) və “Vesta İnvestment” MMC-dir (4,5%). 

44 filmi