“Ferrum Kapital”ın istiqrazlarına 12 investor maraq göstərib

Maliyyə
  • 25 yanvar, 2022
  • 12:57
“Ferrum Kapital”ın istiqrazlarına 12 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycanın aparıcı faktorinq şirkəti - “Ferrum Kapital” MMC-nin 5 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə sözügedən istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 5 000 ədəd istiqrazdan gedir.

Hərraca 12 investor 12 sifariş təqdim edib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 5 milyon manat təşkil edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib. Proses rəqabətli hərrac üsulu ilə baş tutub. Qiymətli kağızlar 1 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 11,5%-dir. Faizlər ayda bir dəfə ödəniləcək. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb. Fiziki şəxslər istiqrazlar üzrə onlara ödənilən faizlərdən (kupon) vergi ödəməyəcəklər. Hüquqi şəxslər isə əldə etdikləri faizlərin 10%-i qədər vergi ödəməli olacaqlar.

44 filmi