FED uçot dərəcəsini yenidən sıfıra yaxın həddə saxlayacaqmı?

FED uçot dərəcəsini yenidən sıfıra yaxın həddə saxlayacaqmı? Bu gün ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin (FOMC) növbəti iclası başa çatır.
Maliyyə
175
28 İyul , 2021 11:30
FED uçot dərəcəsini yenidən sıfıra yaxın həddə saxlayacaqmı?

Bu gün ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin (FOMC) növbəti iclası başa çatır.

“Report” xəbər verir ki, iclasın sonuncu günündə uçot dərəcəsi yenidən nəzərdən keçiriləcək.

Ötən ilin mart ayında FED koronavirus pandemiyasının iqtisadi nəticələrinə cavab olaraq uçot dərəcəsini 0-0,25 %-ə kimi azaldıb və sonrakı 10 iclasda dəyişməyib. Buna qədər uçot dərəcəsi bu cür aşağı səviyyəyə kimi 2008-ci il 16 dekabrda endirilib və 7 il ərzində dəyişməyib. 2015-ci ilin dekabr ayında ABŞ-da işsizlik səviyyəsinin 2008-ci ilin fevralından ən aşağı səviyyəyə (5 %) düşməsi fonunda FED ilk dəfə olaraq uçot dərəcəsini 0,25-0,5 %-ə kimi artırıb.

“Report”un analitik qrupu hesab edir ki, bugünki iclasda tənzimləyici böyük ehtimalla uçot dərəcəsini növbəti dəfə sabit saxlayacaq, hər ay azı 120 milyard dollarlıq istiqraz və digər borc öhdəliklərinin alınmasını davam etdirəcək. Koronavirus pandemiyası hələ də qlobal iqtisadiyyatın bərpası üçün ciddi risk formalaşdırır. Belə ki, virusun ştamlarının yaranması, o cümlədən “delta” variantının ortaya çıxması ABŞ iqtisadiyyatı üçün təhlükə yaratmaqdadır. Faiz dərəcəsini sıfıra yaxın həddə saxlamaq haqda veriləcək qərarın qlobal bazarlara qısamüddətli təsirlərinin olacağı istisna edilmir. Lakin investorların diqqəti ilk növbədə FED-in rəhbəri Cerom Pauellin iqtisadi vəziyyətlə bağlı şərhlərinə, pul-kredit siyasətinin gələcək normallaşmasına dair hər hansı sətiraltı siqnallara yənəlik olacaq. Beləliklə tənzimləyicinin monetar siyasətə dair seçdiyi tonallıq investorların əhvalını istiqamətləndirən asas amil olacaq.

Xatırladaq ki, tənzimləyici sonuncu dəfə iyunun 16-da uçot dərəcəsinin 0-0,25 % səviyyəsində saxlanılmasına qərar verib.

Son xəbərlər

Orphus sistemi