FED uçot dərəcəsini artırıb, ÜDM-in artım proqnozunu pisləşdirib

FED uçot dərəcəsini artırıb, ÜDM-in artım proqnozunu pisləşdirib ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini illik 0,25-0,5%-ə qaldırıb
Maliyyə
16 Mart , 2022 23:31
FED uçot dərəcəsini artırıb, ÜDM-in artım proqnozunu pisləşdirib

ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FRS) ABŞ-ın 2022-ci ildə ÜDM-in artımı proqnozunu 4%-dən 2,8%-ə qədər pisləşdirib, 2023-cü il üçün isə 2,2%-lik proqnozu saxlayıb.

“Report” xəbər verir ki, ABŞ-ın 2024-cü il üçün ÜDM artımı proqnozu 2% səviyyəsində saxlanılır.

Eyni zamanda, FED də ABŞ-da inflyasiya proqnozunu 2022-ci ildə 2,6%-dən 4,3%-ə, 2023-cü ildə 2,3%-dən 2,7%-ə, 2024-cü ildə 2,1%-dən 2,3%-ə yüksəldib.

ABŞ-da işsizlik səviyyəsi ilə bağlı proqnoz 2022-2023-cü illərdə 3,5% səviyyəsində saxlanılıb, 2024-cü ildə 3,5%-dən 3,6%-ə yüksəldilib.

Federal Açıq Bazar Komitəsinin (FOMC) bəzi üzvləri FED-in 2023-2024-cü illərdə uçot dərəcəsini 3,5-3,75%-ə qədər artıracağını gözləyirlər. Komitə üzvlərinin gözləntilərinə görə, 2022-ci ildə federal fondların dərəcəsi 3,0-3,25%-ə qədər artırıla bilər. FOMC üzvlərinin əksəriyyəti FED-in 2022-ci ildə uçot dərəcəsini 1,75-2% səviyyəsinə qaldıracağını gözləyir.

ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauel bildirib ki, Ukraynadakı hadisələrin dünya və ABŞ iqtisadiyyatı üçün nəticələrini proqnozlaşdırmaq hazırda çox çətindir. Onun sözlərinə görə, Ukraynada baş verən hadisələr qlobal təchizat zəncirlərinin vəziyyətini pisləşdirə bilər ki, bu da ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcək.

22:15

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FRS) 2018-ci ildən bəri ilk dəfə olaraq baza faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 0,25-0,5%-ə çatdırıb.

“Report” xəbər verir ki, bu barədə FED-in məlumatında qeyd olunur.

Qeyd edək ki, FED-in əvvəlki faiz artımı 2018-ci ilin dekabrında olub və o vaxtdan bəri baza faiz dərəcəsi yalnız azalıb. Son iki il ərzində FED-in uçot dərəcəsi illik 0-0,25% diapazonunda olub.

Son xəbərlər

Orphus sistemi