FED-in uçot dərəcələrini artırması ehtimalı 52%-ə yüksəlib

FED-in uçot dərəcələrini artırması ehtimalı 52%-ə yüksəlib 2 həftə əvvəl bu göstərici 34% olub
Maliyyə
28 Fevral , 2017 12:20
FED-in uçot dərəcələrini artırması ehtimalı 52%-ə yüksəlib

Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcələrini mart ayının 14-15-də keçirəcəyi növbəti iclasında artırması ehtimalı 52%-ə yüksəlib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə dünya uçot dərəcələri proqnozları adlı maliyyə hesabatında (World Interest Rate Probability) bildirilir. 

Qeyd edək ki, bu sənəd uçot dərəcələrinin fyuçers müqavilələrinin dinamikası əsasənda hazırlanır. 

Xatırladaq ki, keçən həftə FED-in uçot dərəcələrini artırması ilə bağlı ehtimal 40%, bundan əvvəlki həftə isə 34% təşkil edib. Adətən bu göstəricinin 50%-dən aşağı olması FED-in uçot dərəcələrini artırmağa meylli olmamasını göstərir. 

Son xəbərlər

Orphus sistemi