“Falcon Finance”ın aktivləri 24% azalıb

“Falcon Finance”ın aktivləri 24% azalıb Bakı. 28 noyabr. REPORT.AZ/ “Falcon Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 24,1% azalaraq bu il yanvarın 1-nə 369 min manat təşkil edib.
Maliyyə
28 Noyabr , 2018 13:56
“Falcon Finance”ın aktivləri 24% azalıb

Bakı. 28 noyabr. REPORT.AZ/ “Falcon Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 24,1% azalaraq bu il yanvarın 1-nə 369 min manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Falcon Finance”ın müştərilərə verdiyi xalis kreditlər 43,3% azalaraq 157 min manata düşüb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 23,1% azalaraq 10 min manat, cəmi kapitalı isə 24,1% azalaraq 359 min manat olub.

“Falcon Finance” 2017-ci ili 27 min manat zərərlə başa vurub. Halbuki, BOKT 2016-cı ildən 40 min manat xalis mənfəətlə çıxmışdı. 

Son xəbərlər

Orphus sistemi