“Falcon Finance” illik 14 % gəlirliliklə istiqraz buraxır
- 28 fevral, 2023
- 06:25
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Falcon Finance” MMC-nin 700 min manat dəyərində istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
"Report" birjaya istinadən xəbər verir ki, istiqrazlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək.
Söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 700 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 12 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 % təşkil edir. Faizlər hər ay ödəniləcək.
Prosesin anderrayteri “PSG-Kapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.