“Falcon Finance” BOKT zərərini 2 dəfədən çox azaldıb

“Falcon Finance” BOKT zərərini 2 dəfədən çox azaldıb “Falcon Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 17 min manat zərərlə başa vurub.
Maliyyə
1 İyun , 2021 17:07
“Falcon Finance” BOKT zərərini 2 dəfədən çox azaldıb

“Falcon Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 17 min manat zərərlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər veirr ki, bu, 2019-cu illə müqayisədə 2,35 dəfə azdır.

Bu il yanvarın 1-nə “Falcon Finance”ın aktivləri 529 min manat olub ki, bu da illik müqayisədə 2,6 dəfə çoxdur. Bunun 447 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 21 dəfə böyüyüb.

Hesabat dövründə “Falcon Finance”ın öhdəlikləri 49 dəfə artaraq 147 min manata, balans kapitalı isə 92,9% artaraq 382 min manata, o cümlədən nizamnamə kapitalı 66,7% artaraq 500 min manata çatıb.

Xatırladaq ki, “Falcon Finance” 2013-cü ildə yaradılıb. BOKT-un təsisçiləri hər biri 50% payla Vüsal Tağıyev və Brilyant Salmanovadır.

Son xəbərlər

Orphus sistemi