"Expressbank" mikrokreditləri komissiyasız təklif edir

"Expressbank" mikrokreditləri komissiyasız təklif edir Aksiya yanvar ayının sonunadək davam edəcək
Maliyyə
21 Yanvar , 2015 15:38
Expressbank mikrokreditləri komissiyasız təklif edir

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycanın "Express Bank" ASC mikrokreditlərin komissiyasız təklif olunması ilə bağlı aksiya keçirir.

"Report"un banka istinadən verdiyi xəbərə görə, aksiyanın şərtlərinə əsasən, yanvarın 31-dək "Express Bank"ın filiallarında mikrokredit götürən müştərilər bank komissiyasından (kreditin rəsmiləşdirilməsi, sığorta və nağdlaşdırma) azad olunur. Kreditin məbləği 500-15 000 manat, maksimal müddəti isə 36 ay ola bilər.

Qeyd edək ki, "Express Bank" müxtəlif proqramlar üzrə kreditlər - mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, təmir və digər istehlak kreditləri təklif edir.

"Express Bank"ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə bölgələrdə yerləşir. Bankın ölkə üzrə 90-dək bankomatı, 5 000-dək POS-terminalı və 140-dək "ExpressPay" ödəniş terminalı var.

Son xəbərlər

Orphus sistemi