​"Expressbank" yeni kredit məhsulu təklif edir

​"Expressbank" yeni kredit məhsulu təklif edir Kreditin məbləği 15 min manatadək, maksimal müddəti isə 36 ay ola bilər
Maliyyə
11 Fevral , 2015 11:45
​Expressbank yeni kredit məhsulu təklif edir

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycanın "Expressbank" ASC müştərilərə "Öz işin varsa, kredit də var" şüarı ilə mikrokreditlər təklif edir. Bu şüarla kənd təsərrüfatı, ticarət, xidmət və istehsal sahələrinin kreditləşməsi həyata keçirilir.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, kreditin məbləği 500-dən 15 000 manatadək, maksimal müddəti isə 36 aydır.

Qeyd edək ki, "Expressbank" müxtəlif proqramlar üzrə kreditlər - mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, təmir və digər istehlak kreditləri təklif edir.

Bankın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə bölgələrdə yerləşir. Bankın ölkə üzrə 90-dək bankomatı, 5 000-dək POS-terminalı və 160-dək "ExpressPay" ödəniş terminalı var. 

Son xəbərlər

Orphus sistemi