“Express Lombard” maliyyə vəziyyətini açıqlayıb
- 12 avqust, 2025
- 15:19
“Express Lombard” ASC 2024-cü ili 483 min manat xalis mənfəətlə başa vurub.
“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 3,6 dəfə çoxdur.
Ötən il “Express Lombard”ın vergiyəqədərki mənfəəti 608 min manat (əvvəlki ilə nisbətən 3,6 dəfə çox), mənfəət vergisi ödəmələri isə 125 min manat (3,7 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Express Lombard”ın aktivləri 1,105 milyon manat olub ki, bu da illik müqayisədə 5 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 6,1 dəfə artaraq 122 min manata, balans kapitalı isə 4,9 dəfə artaraq 983 min manata, o cümlədən nizamnamə kapitalı 250 dəfə artaraq 1 milyon manata çatıb.
“Express Lombard” 2011-ci ildə yaradılıb. Onun səhmlərinin 45 %-i Nicat Həsənova, 45 %-i onun qardaşı Rifat Həsənova, 10 %-i isə Leyla Cabbarovaya məxsusdur. Onlar həm də “İnternational Leasing” ASC-nin eyni nisbətdə səhmdarlarıdır. Bundan başqa, R.Həsənov “International” ASC bank olmayan kredit təşkilatının (BOKT) yeganə səhmdarıdır. Bu kredit təşkilatının İdarə Heyətinin sədri isə N.Həsənovdur.