“Express Lombard”ın səhmləri üzrə hərracın tarixi açıqlanıb
- 05 iyun, 2024
- 13:01
Yeniliklərdən dərhal xəbərdar olun!
İyunun 7-9-da "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda lombard fəaliyyəti ilə məşğul olan “Express Lombard” ASC-nin 1 milyon manatlıq səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.
Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 200 manat olan 5 000 ədəd adi, adlı, sənədsiz səhm standart bazar seqmentində listinqə daxil edilib. Prosesin anderrayteri “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 251 dəfə artaraq 4 min manatdan 1,004 milyon manata çatacaq.
Xatırladaq ki, “Express Lombard” 2011-ci ildə yaradılıb. Onun yeganə səhmdarı Svetlana İsayevadır (100%).