"Express Bank"ın mənfəəti artıb

"Express Bank"ın mənfəəti artıb "Express Bank" ASC bu ilin I yarısını 6,6milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 3,1milyon manat mənfəətlə çıxmışdı.
Maliyyə
24 İyul , 2020 13:28
Express Bankın mənfəəti artıb

"Express Bank" ASC bu ilin I yarısını 6,6 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 3,1 milyon manat mənfəətlə çıxmışdı.

"Report" xəbər verir ki, yanvar-iyun aylarında "Express Bank"ın gəlirləri 26,5 milyon manat (illik müqayisədə 3% çox), xərcləri 20,7 milyon manat (9,4% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 1,7 milyon manat (8,4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 881 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib.

Bu il iyulun 1-nə "Express Bank"ın aktivləri 300,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13,8% azdır. Bunun 202,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 8,8% kiçilib.

Hesabat dövründə "Express Bank"ın öhdəlikləri 20,7% azalaraq 179,2 milyon manata, o cümlədən depozit portfeli 30% azalaraq 126,3 milyon manata, balans kapitalı isə 1,2% azalaraq 121,3 milyon manata, o cümlədən nizamnamə kapitalı 18% azalaraq 112,5 milyon manata düşüb.

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Bankın səhmlərinin 48,8%-i “Azenco Group”a, 21,6%-i “Enerqoservis” MMC-yə, 19,5%-i Hikmət Xammədova, 9,8%-i Hafiz Seyidova, 0,3%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi