“European Tobacco-Baku”nun səhmdarlarının yığıncağı keçiriləcək

Biznes
  • 08 iyun, 2023
  • 05:09
“European Tobacco-Baku”nun səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 18-də, saat 10:00-da “European Tobacco-Baku” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi, 12 ünvanında olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, “European Tobacco-Baku” 2001-ci ildə yaradılıb, ölkənin aparıcı siqaret istehsalçısıdır. Onun nizamnamə kapitalı 44,635 milyon manatdır.