“European Tobacco-Baku” nizamnamə kapitalını kəskin azaldır

Maliyyə
  • 08 mart, 2025
  • 16:35
“European Tobacco-Baku” nizamnamə kapitalını kəskin azaldır

“European Tobacco-Baku” nizamnamə kapitalını 44 501 314,34 manat və yaxud 333,3 dəfə azaldaraq 44 635 220 manatdan 133 905,66 manata endirməyi planlaşdırır.

"Report" xəbər verir ki, kapital azalması üçün səhmdar cəmiyyətinin dövriyyədə olan 2 231 761 ədəd səhminin nominal dəyərinin 20 manatdan 0,06 manata endirilməsi hesabına baş tutacaq.

Xatırladaq ki, “European Tobacco-Baku” 2001-ci ildə yaradılıb, Azərbaycanın aparıcı siqaret istehsalçısıdır.

44 filmi