ADIF Türkiyənin əmanətlərin sığortalanması təcrübəsi ilə tanış olub

ADIF Türkiyənin əmanətlərin sığortalanması təcrübəsi ilə tanış olub Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Maliyyə, Arxiv, Risk, habelə Beynəlxalq və ictimaiyyətlə əlaqələr sahələrində çalışan əməkdaşları üçün Türkiyənin Tasarruf Mevduatı Sigorta Fondunun (TMSF) təcrübəli kadrları və təlimçiləri tərəf
Maliyyə
24 May , 2022 13:51
ADIF Türkiyənin əmanətlərin sığortalanması təcrübəsi ilə tanış olub

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Maliyyə, Arxiv, Risk, Beynəlxalq və ictimaiyyətlə əlaqələr sahələrində çalışan əməkdaşları üçün Türkiyənin Tasarruf Mevduatı Sigorta Fondunun (TMSF) təcrübəli kadrları və təlimçiləri İstanbul şəhərində təlimlər təşkil edib.

“Report” xəbər verir ki, təlimlər iki qurum arasında imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu çərçivəsində təşkil olunub.

9-12 may tarixlərdə baş tutmuş 4 günlük təlim proqramının ilk günündə ADIF-in əməkdaşları üçün əmanətlərin risk-əsaslı sığortalanma mexanizmi, TMSF-də risklərin idarə edilməsi və TMSF-nin təşkilati strukturu kimi mövzuları əhatə edən təlimlər keçirilib.

Ardınca, təlim proqramının ikinci günündə ADISF-in Maliyyə departamentinin əməkdaşları TMSF-nin maliyyə strukturu, uçot siyasəti və sığorta ehtiyatlarının idarəedilməsi, bankların təhlili təcrübəsi ilə tanış olmuşlar və bu istiqamətdə biliklərini genişləndirib.

Təlimlərin üçüncü günündə iştirakçılar arxivin idarə edilməsi, eləcə də TMSF-nin korporativ hesabatlılıq sistemi layihəsinin hazırlanması barəsində məlumatlandırılıb.

Təlimlərin sonuncu günündə ADIF-in mətbuat katibi TMSF-nin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə strategiyası ilə tanış olmuş, həmçinin TMSF-nin bu sahədə istifadə etdiyi kommunikasiya kanalları barəsində geniş məlumat əldə edib.

Proqram çərçivəsində keçirilmiş təlimlərin mövzuları ətrafında geniş müzakirələr aparılmış, Fondun fəaliyyəti barəsində sual-cavab sessiyalarına da geniş yer ayrılıb. TMSF-nin aparıcı kadrları və təlimçilərinin təşkil etdiyi bu tədbirlər nəticəsində əldə olunan bilik və təcrübələr ƏSF-nin gələcək fəaliyyətində öz bəhrəsini verəcək.

Anlaşma Memorandumuna əsasən, əsas əməkdaşlıq istiqamətləri və hədəflərindən biri olan ADIF-in insan resurslarının təcrübi və nəzəri biliklərinin artırılmasına dəstəyin göstərilməsinə təmin edilir.

Son xəbərlər

Orphus sistemi