Əqli Mülkiyyət Agentliyinin mənfəəti 31 % artıb

Əqli Mülkiyyət Agentliyinin mənfəəti 31 % artıb Əqli Mülkiyyət Agentliyi 2022-ci ili 1,290 milyon manat mənfəətlə başa vurub.
Maliyyə
22 İyun , 2023 17:39
Əqli Mülkiyyət Agentliyinin mənfəəti 31 % artıb

Əqli Mülkiyyət Agentliyi 2022-ci ili 1,29 milyon manat mənfəətlə başa vurub.

Report" Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 31 % çoxdur.

Ötən il Əqli Mülkiyyət Agentliyinin gəlirləri 7,786 milyon manat (əvvəlki ilə nisbətən 23,6 % çox), xərcləri isə 6,495 milyon manat (22,2 % çox) təşkil edib.

Xatırladaq ki, Əqli Mülkiyyət Agentliyi Prezident İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli sərəncamı ilə yaradılıb. Onun nizamnamə kapitalı 2,595 milyon manatdır. Agentlik müəlliflik hüququ və əlaqəli hüquqlar, məlumat toplularına və inteqral sxem topologiyalarına hüquqlar, ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına və coğrafi göstəricilərə hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə), ənənəvi biliklərə və digər qeyri-maddi mədəni irs nümunələrinə hüquqlar sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir.

Son xəbərlər

Orphus sistemi