Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) 2022-ci ili 9,479 milyon manat zərərlə başa vurub. Halbuki, Agentlik 2021-ci ildən 1,095 milyon manat mənfəətlə çıxmışdı.
"Report" xəbər verir ki, ötən il AERA-nın əməliyyat gəlirləri 4,5 milyon manat (əvvəlki ilə nisbətən 3,1 dəfə az), əməliyyat xərcləri isə 13,979 milyon manat (14,7% çox) təşkil edib.
Bu il yanvarın 1-nə AERA-nın aktivləri 12,03 milyon manat olub ki, bu da illik müqayisədə 40,4 % azdır. Hesabat dövründə Agentliyin öhdəlikləri 77,5 % artaraq 3,03 milyon manata çatıb, balans kapitalı isə 2,1 dəfə azalaraq 9 milyon manata düşüb.
Xatırladaq ki, AERA ölkə prezidentinin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 7,914 milyon manatdır.