Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun hazırlanması ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Professional Financial Experts" MMC-dir.
Qalib şirkətə 3,5 min manat ödəniləcək.