Emin Hüseynov: “Bu gün dünyada gedən proseslər Azərbaycanın investisiya cəlbediciliyini daha da artırır”

Emin Hüseynov: “Bu gün dünyada gedən proseslər Azərbaycanın investisiya cəlbediciliyini daha da artırır” “Bu ilin 6 ayı ərzində ölkə iqtisadiyyatına təxminən 3,6 mlrd dollarlıq xarici investisiya cəlb edilib”.
Maliyyə
2 Avqust , 2019 06:49
Emin Hüseynov: “Bu gün dünyada gedən proseslər Azərbaycanın investisiya cəlbediciliyini daha da artırır”

“Bu ilin 6 ayı ərzində ölkə iqtisadiyyatına təxminən 3,6 mlrd dollarlıq xarici investisiya cəlb edilib”.

“Report” xəbər verir ki, bunu Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov deyib.

E.Hüseynov qeyd edib ki, Azərbaycan həmişə xarici investorlar üçün maraqlı məkan olub:

“Biz müxtəlif tədbirlərində də bunun şahidi oluruq. Cənab Prezident və xanım Vitse-prezidentin xaricə səfərləri zamanı onlarla görüşmək istəyən və bu marağı ifadə etmək istəyən çoxlu sayda xarici iş adamları var. Təkcə bir faktı deyim. Bir neçə həftə bundan qabaq Fransanın İşgötürənlər Assiosiyasiyası Azərbaycana 72 nəfərdən ibarət nümayəndə heyəti ilə gəlmişdi. Cənab Prezident və xanım Vitse-prezidentlə də görüşdülər və Azərbaycana investisiya qoymaqda, ölkəmizlə iqtisadi əlaqələrin gücləndirilməsində maraqlı olduqlarını qeyd elədilər”.

Vitse-Prezidentin köməkçisi əlavə edib ki, investisiya cəlbediciliyinə dünyadakı geosiyasi proseslər də təsir edir:

“Mən burada sizin diqqətinizi dünyada gedən geosiyasi proseslərə cəlb etmək istəyirəm. Azərbaycanın investisiya cəlbediciliyi təkcə Azərbaycanın özündən asılı deyil. Xüsusilə vurğulamaq istəyirəm ki, bu gün dünyada gedən proseslər Azərbaycanın investisiya cəlbediciliyini daha da artırır. Burada Azərbaycanın coğrafi mövqeyi, yəni Şərq-Qərb dəhlizinin mövqeyi xeyli güclənir və böyük dövlətlər – istər Çin, istərsə də Avropada iş adamları çox böyük maraqlar ifadə edirlər. Ümid edirəm ki, Ələt İqtisadi Zonasının işə başlaması ilə əlaqədar bu cəlbedicilik daha da yüksələcək”.

E.Hüseynov diqqətə çatdırıb ki, Azərbaycanda kiçik və orta sahibkarlığa diqqət artmaqdadır:

“Çox vacib məqamı vurğulamaq istəyirəm. Əlbəttə xarici investisiyalar vacibdir. Biz beynəlxalq iqtisadiyyata inteqrasiya olmalıyıq və bu geclənməlidir. Lakin biz heç də yerli sahibkarlığı unutmamalıyıq. Xüsusilə önəmli məsələ yerli sahibkarlığın – kiçik və orta sahibkarlığın dəstəklənməsidir. Bunu da cənab prezident müşavirədə xüsusi vurğuladı. Bu sahədə də çox böyük işlər görülür. Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyə qədər ümumi dəyəri 5,2 mlrd manat olan layihələrə 2,3 mlrd manatlıq güzəştli kredit verilib. Bu güzəştli kreditlərdən 36 mindən çox sahibkarlıq subyektləri bəhrələnib. Nəticəsdə 166 mindən çox yeni iş yeri açılıb. Təkcə bu ilin 6 ayında açılan sənaye parkları və sənaye məhəllələrində 8 rezident qeydiyyata alını və hazırda onlardan 45-i fəaliyyət göstərir. Burada da 11 mindən çox iş yeri yaradılıb. Eyni zamanda İnvestisiya Təşviqi Mexanizmi nətiəsində 300-dən çox sahibkarlıq subyektinə 400-dən artıq investisiya təşviqi sənədi verilib onlar bu mexanizmdən bəhrələnib və nəticədə 16 mindən çox yeni iş yeri açılıb”.

Son xəbərlər

Orphus sistemi