“Embafinans” BOKT-un xalis mənfəəti 13% azalıb

“Embafinans” BOKT-un xalis mənfəəti 13% azalıb Kredit təşkilatı 2020-ci ili 2,829 milyon manat xalis mənfəətlə başa vurub
Maliyyə
25 May , 2021 18:28
“Embafinans” BOKT-un xalis mənfəəti 13% azalıb

“Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 2,829 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 13% azdır.

Ötən il “Embafinans”ın vergiyəqədərki mənfəəti 3,772 milyon manat (əvvəlki ilə nisbətən 9,1% az), mənfəət vergisi ödəmələri isə 942 min manat (5% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Embafinans”ın aktivləri 34,428 milyon manat olub ki, bu da, illik müqayisədə 18,2% azdır. Bunun 27,409 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-nin kredit portfeli 21,7% kiçilib.

Hesabat dövründə “Embafinans”ın öhdəlikləri 28,6% azalaraq 18,665 milyon manata, balans kapitalı isə 1,1% azalaraq 15,762 milyon manata düşüb.

Xatırladaq ki, "Embafinans" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi