"Embafinans" BOKT-nin səhmləri dövlət qeydiyyatına alınıb - YENİLƏNİB

"Embafinans" BOKT-nin səhmləri dövlət qeydiyyatına alınıb - YENİLƏNİB İlk xəbər saat 10:40-da verilib
Maliyyə
23 Aprel , 2020 17:00
Embafinans BOKT-nin səhmləri dövlət qeydiyyatına alınıb - YENİLƏNİB

İlk xəbər saat 10:40-da verilib

"Embafinans" QSC bank olmayan kredit təşkilatı nizamnamə kapitalını 2 dəfə artıraraq 10 milyon manatdan 20 milyon manata çatdırmağı planlaşdırır.

"Report" xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 10 min ədəd adi səhm buraxılacaq.

Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.

***

Məsələ ilə bağlı "Report"a açıqlama verən "Embafinans"ın Hüquq şöbəsinin müdiri Samir Mirzəyev bildirib ki, həqiqətən də, bu il fevralın 3-də təmsil etdiyi BOKT-nin hər birinin nominal dəyəri 1 000 manatdan ibarət olan 10 min ədəd səhminin emissiyası dövlət qeydiyyatına alınıb. Amma məqsəd kapital artımı deyil: "Ötən ilin sonlarına yaxın "Embafinans" təşkilati-hüquqi formasını MMC-dən QSC-yə dəyişib. Bununla əlaqədar dövriyyəyə səhm buraxılması zərurəti yaranıb və BOKT sözügedən emissiyanı dövlət qeydiyyatından keçirib, yeni təşkilati-hüquqi formaya keçid prosesi tamamlanıb". 

Xatırladaq ki, "Embafinans" 2012-ci ildə yaradılıb. BOKT-un səhmlərinin 60%-i Elşad Abbasova, 40%-i isə Milli Məclisin üzvü Məşhur Məmmədova məxsusdur. 

Son xəbərlər

Orphus sistemi